Amerikalı pop ulduzu Beyons, hər zaman formada qalan bədən quruluşu ilə diqqət çəkir.
anaxeber.info-ın xarici mətbuata istinadən xəbər verir ki, qızını dünyaya gətirəndən qısa müddət sonra yenidən əvvəlki bədən quruluşuna qovuşan müğənninin arıqlama sirrinin suyun altında velosiped sürmək, yəni pedal çevirməkdən ibarət olduğu ortaya çıxıb. Beyons və onun həyat yoldaşı Cey Z-nin idman müəllimi Marko Borksun "Power Moves" adlı kitabında bu günə qədər məşğul olduğu idman növləri arasında ən maraqlısının suda velosiped sürmək, yəni "Aqua Cycling" olduğunu deyən Cey Z, bunu 30-45 dəqiqə ərzində etməklə yorucu olmadığını və ertəsi gün heç bir ağrı yaratmadığını söyləyib.