Suriyaya gedən üç azərbaycanlı həbs olundu

23-04-2014, 12:10   
Suriyaya gedən üç azərbaycanlı həbs olundu
Türkiyə sərhədçiləri sərhəddən gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb.
APA-nın verdiyi məlumata görə, onların arasında Azərbaycan, Tunis, Almaniya, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyə vətəndaşları var.
Sərhəd pozucuları Kilis vilayətinin Aşağıbəylərbəyi kəndi yaxınlığında tutulub. Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşının adı və soyadı açıqlanmır.
Türkiyə sərhədini pozmaq istəyərkən saxlanılan 7 əcnəbi ölkədən çıxarılmaq üçün Kilis polisinə təhvil verilib. APA-nın Türkiyə müxbiri isə xəbər verir ki, Türkiyə ərazisindən Suriyaya keçmək istəyən daha 2 Azərbaycan vətəndaşı Hatay ərazisində saxlanılıb. Hatay polisindən bildirilib ki, biri qadın, biri kişi olan Azərbaycan vətəndaşları Hatay vilayət polis idarəsində verdikləri ifadələrində Suriyanın Hələb bölgəsində qohumlarını görməyə getmək istədiklərini qeyd ediblər. Hazırda hər iki Azərbaycan vətəndaşı Hatay vilayət polis idarəsinin nəzarət bölməsində saxlanılır.
Polisdən o da bildirilib ki, Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriyaya getməsinin qarşısının alınması üçün son vaxtlar sərhəddə nəzarət daha da gücləndirilib.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb.
Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.