Türkiyə yığmasının üzvü Əmrə Bələzoğluna həbs cəzası verildi

18-06-2014, 10:36   
Türkiyə yığmasının üzvü Əmrə Bələzoğluna həbs cəzası verildi
“Fənərbaxça”lı futbolçu Əmrə Bələzoğluna irqçilik səbəbindən həbs cəzası kəsildi.
Türkiyə yığmasının üzvü Əmrə Bələzoğluna “Trabzonspor”un futbolçusu Didier Zokoranı irqçi ifadə ilə təhqir etdiyinə görə 2 ay 15 gün həbs cəzası çıxarılıb.
Təcrübəli futbolçu 2012-ci il aprelin 15-də Spor Toto Super Liqa çempionluq qrupunun Play-off matçında “Trabzonspor”un Fil Dişi Sahilindən olan futbolçusu ilə mübahisə etmişdi.
Zokora matçdan sonra verdiyi açıqlamada Bələzoğlunun onu irqçi ifadələrlə təhqir etdiyini bildirmişdi. İkili arasındakı dialoq məhkəməyə gedib çıxdıqdan sonra iyunun 17-də açıqlanan qərarla təcrübəli futbolçu Əmrə Bələzoğluna 2 ay 15 gün həbs cəzası verilib.
Bələzoğlunun cəzası daha əvvəl cinayət etmədiyinə, məhkum olmadığına görə yenidən cinayət işlətməyəcəyi təqdirdə təxirə salınıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.