“Ukrayna heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacaq”. Bu açıqlama ilə ABŞ-ın vitse-prezidenti Co Bayden çıxış edib.
O, Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qaldığını bildirib: “Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Biz Rusiyanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb. Biz proqres görmək istəyirik”.