İstanbuldan Mədinəyə sürət qatarı gedəcəkŞOK

23-04-2014, 12:16   
İstanbuldan Mədinəyə sürət qatarı gedəcək
Osmanlı padşahlarından II Əbdülhəmidin layihəsi olan “Hicaz Dəmiryolu” yenilənərək işə salınacaq.
Dəmir yolu xətinin Türkiyədə olan qismini yeniləyərək sürət qatarına uyğunlaşdırmağa qərar verən Türkiyə Dəmir Yolları (TCDD) rəsmiləri xəttin İordaniya və Səudiyyə Ərəbistanından keçən hissələri üçün bu ölkələrlə danışıqlara başlayacaq.
Suriyada davam edən daxili iğtişaşlar səbəbindən layihə ləngisə də çalışmaların 2023-cü ilə qədər başa çatması gözlənilir.
Məlumata görə, layihənin başa çatmasından sonra İstanbuldan Mədinəyə 12 saatda getmək mümkün olacaq.
Həmçinin Avropa, Rusiya, Qafqaz və s. region ölkələrində yaşayan müsəlmanların da Həcc ziyarəti üçün bu yoldan istifadə edəcəyi istisna edilmir. Layihənin növbəti mərhələsi isə İstanbul – Məkkə xəttinin salınmasıdır. Bununla da Avropa ilə Məkkə və Mədinə şəhərləri arasında birbaşa dəmiryolu reysi olacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.