Meksikanın qapıçısı: "Karyeramda ən yaxşı oyunum oldu"

18-06-2014, 11:41   

"Çox çətin oyun oldu. Braziliyanın ev sahibliyi etdiyi yerdə matç oynamaq heç də asan deyil. Komandam çox yaxşı müdafiə olundu və bizim üçün çox vacib olan bir xalı qazandıq".

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Meksika millisinin qapıçısı Qilyerma Oçoa "DÇ-2014"də Braziliya ilə oyundan (0:0) sonra deyib.

Sözügedən qarşılaşmada möhtəşən qurtarışları ilə diqqət çəkən qolkiper öz çıxışını da dəyərləndirib: "Futbolçu karyeram ərzində ən yaxşı oyunum oldu. Braziliya qarşısında dünya çempionatında qapını toxunulmaz saxlamaqdan yaxşı bir şey yoxdur. Mənim üçün ən çətin Neymarın başı ilə vurduğu zərbə oldu".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.