Prezident İlham Əliyev Cinayət Məcəlləsini sərtləşdirən qanunu imzalayıb
Məcəllənin 149.3-cü maddəsində dəyişikliyə əsasən, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 ilə qaldırılır.
Məcəllənin 55.4-cü maddəsinə dəyişikliyə görə, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrumetmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrumetmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il müəyyən edilir.