Hər məşhurun öz gözəl qalmaq üsulu var. Ancaq tanınmış modelyer və müğənni Viktoriya Bekhemin gözəllik sirri digərlərindən tamamilə fərqlənir.
Xarici mətbuat xəbər verir ki, müğənni dərisini nəcis vasitəsilə canlı saxlayır. “Nəcis müalicəsi” adlanan bu üsulun bir seansı 300-500 dollara başa gəlir. Prosedurda bülbülün nəcisindən istifadə olunur. Qırışların düşməni olan bu müalicəvi üsula Tom Kruz və digər tanınmış simalar da müraciət edib.