Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyevlə Putin Qəbələyə müraciət etdi

23-06-2014, 10:31   
İlham Əliyevlə Putin Qəbələyə müraciət etdi
Bu gün saat 10:00-da V Azərbaycan-Rusiya regionlararası forumu Qəbələdə öz işinə başlayacaq.

Virtualaz.org saytının Qəbələyə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev konfrans iştirakçılarına giriş nitqi ilə müraciət edəcəklər.

Konfrans iştirakçılarına həmçinin Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin təbrik məktubları oxunacaq. Sonra isə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Rusiya Prezident Administrasiyası regionlararası və mədəni məsələlər üzrə idarəsinin rəisi, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, həmçinin Rusiya regionlarının başçıları - Dağıstanın rəhbəri Ramazan Abdulatipov, Stavropol vilayətinin qubernatoru vəzifəsini icra edən Vyaçeslav Vladimirov konfrans iştirakçıları qarşısında çıxış edəcəklər.

Daha sonra isə forum öz işini panel, dəyirmi masa və sessiyalar şəklində davam etdirəcək. Konfransın ilk iş günü Azərbaycan və Rusiya incəsənət ustalarının konserti ilə başa çatacaq.

Virtualaz.org saytının Qəbələyə ezam olunmuş müxbiri tədbirin gedişini ətraflı işıqlandıracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar