Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Axar.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı hər iki lider Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıblar.
“Regionda baş verən proseslər müzakirə olunub, o cümlədən, Rusiay Dağlıq Qarabağ münaqişəsinin sülhlə həll olunması istiqamətində hərtərəfli yardım göstərməyə hazır olduğunu bildirib”, - deyə xəbərdə qeyd olunur.
Bundan başqa, hər iki ölkə prezidenti Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatdığını vurğulayaraq, gələcəkdə bunun daha da genişləndirilməsindən danışıblar.