Azərbaycan boksçusunun rəqibi erməni oldu

17-04-2014, 07:36   
Azərbaycan boksçusunun rəqibi erməni oldu
Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib.
anaxeber.info-ın Azərbaycan Boks Federasiyasından aldığı xəbərə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb. Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə gənclər arasında dünya çempionatında ilk 3 yeri tutan boksçular planetin ən böyük yarışına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, dünya birinciliyi aprelin 14-dən 24-ə kimi Sofiyada Armeek Arenada keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.