Afət Fərmanqızı xalq artisti Flora Kərimovanın ittihamına cavab verib.
Orman.Az xəbər verir ki, müğənninin cavabı sərt alınıb. O, xalq artistini təhqir edib:
“Bu rəhmətliyi xınaya aparmaq istəyirəm, getmək istəmir. Boş-bİkar qalıb, hamıya söz atır, gedək oxuyaq. Mən olmasaydım, bu kimə söz atıb gündəmə gələrdi. Bədbəxt də, ağılsız da sənsən ki, səni kanala çağırıb danışdırıb, “tırkalayıb” reytinq toplayırlar. Hələ bir xalq artisti var, özünü elə aparır ki, elə bil Nəsimidi, aktyordu, ona o vaxt məni təhqir edəndə cavab vermədim, hörmət etdim, başım toylardan açılsın, onun da payını verəcəyəm. Bunları məhkəməyə verirəm, əziz dostlar. Həddini bildirdim bu rəhmətliyə.
Afət Fərmanqızı açıqlamasının ardında həddi aşıb: “Buradan bəyan edirəm, qələt eləyirsiz, məni tənqid etdiyiniz yerdə. Bu kimdi ümumiyyətlə hamıya sataşır. Oxumuşam, zor eləmişəm. Yenə oxuyacam. Bunun yiyəsi, oğlu, qızı yoxdu ki, başa salsın ki, sən kimsən, qadağa qoyursan?”
Qeyd edək ki, bir müdət əvvəl xalq artisti Flora Kərimova televiziyada Afət Fərmanqızını “Pəncü şeş” mahnısına görə kəskin tənqid etmişdi”
Azərbaycanda məmurları tənqid edənlərə qadağa qoyuldu