Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş Prokorluqdan təkzib: yalan xəbərdir

24-06-2014, 15:30   
Baş Prokorluqdan təkzib: yalan xəbərdirMüəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru barəsində olan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzVision.az-a verdiyi məlumatda bildirir ki, bəzi kütləvi informasiya vasitələrində Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Karrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının guya yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi, həmçinin İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək həbsdən azad olunması barədə informasiyalar yayılıb.
Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Hazırda qeyd edilən cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.
İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar