Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan 125 ölkə arasında 122-ci, Ermənistan 72-cidir

25-06-2014, 09:17   
Azərbaycan 125 ölkə arasında 122-ci, Ermənistan 72-cidir“Good Country İndex” saytı ilk dəfə dünyanın ən yaxşı ölkələrinin reytinqini açıqlayıb.

“Media forum” saytının məlumatına görə, ekspertlər qiymətləndirmə apararkən BMT-nin, Dünya Bankının və digər beynəlxalq institutların 7 kateqoriya – elm və texnologiya, mədəniyyət, sülh və təhlükəsizlik, əmin-amanlıq, planet və iqlim, çiçəklənmə və bərabərlik, səhiyyə üzrə məlumatlarından istifadə edərək ölkələrin insan inkişafına verdiyi töhfəni nəzərə alıblar.
Dünyanın ən yaxşı ölkələrinin reytinq cədvəlində Azərbaycan 125 ölkə arasında 122-ci yerdə göstərilir.
Keçmiş SSRİ ölkələri arasına ən yüksək pillədə Moldova (60) durub. Onun ardınca Ermənistan (72), Qırğızıstan (74), Gürcüstan (77), Qazaxıstan (80), Belarus (82), Rusiya (95), Ukrayna (99) gəlir.
“Good Country İndex”in reytinq cədvəlinin ön pillələrində İrlandiya, Finlandiya, İsveçrə dayanır. Siyahının son pillələrində İraq, Vyetnam, Liviya yer alır. Reyting Cədvəli: "http://www.goodcountry.org/overall"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar