Söyün Sadıqov Putini şah elan etməyi təklif edir!

25-06-2014, 12:46   
Söyün Sadıqov Putini şah elan etməyi təklif edir!“O, həqiqətən də millətçiliyin lideri olmağa layiqdir”

“19 iyun 2014-cü ildə Don Filippe İspaniyada VI Filip adı altında şah elan edildi. İspaniyada ona çox böyük ümüd bəsləyirlər. Bir çoxları hesab edir ki, İspaniya şahı cəmiyyətdə konsensus əldə etməkdən ötrü müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə dioloq apara biləcək bütün keyfiyyətlərə malikdir. Ona görə də, hamı inanır ki, tezliklə iqtisadi çiçəklənmə dövrü başlayacaq.”
Bunları AzPolitika.info-ya açıqlamasında Rusiyanın prezidenti yanında Millətlərarası Əlaqələr üzrə nümayəndə və Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov İspaniya ilə Rusiya arasında müqayisə apararkən deyib. O, bildirib ki, Rusiyada da bu cür abu-hava olsaydı, İspaniyadakı kimi, “millətçilik simvolu” seçmək lazım gəlsəydi, bu adam yalnız Putin ola bilərdi.
“Bəli, mən V.Putinə qarşı yönəlmiş çoxsaylı etirazları və çığırışları eşidirəm. Amma mən hələ də Rusiyanı simvolizə edən adamı, bütün dünya liderləri ilə müqayisədə ən çox reytinqə malik adamı və Rusiyanın suverenliyini qoruyub müdafiə edə bilən şəxsi seçmək lazım gələrsə, bu yerə yalnız Vladimir Putin layiqdir – deyə düşünürəm. O, həqiqətən də millətçiliyin lideri olmağa layiqdir. Gəlin bir dəqiqəlik düşünək ki, bu cür qərar versək nə ola bilər və bunun müsbət xüsusiyyətləri hansılardır: Birinci növbədə biz monarxiya üsulu ilə prezidentliyə olan müqəddəs münasibəti aşa bilərik, əgər prezidentlik postunda o qədər də vacib bir şəxs təmsil olunmazsa, ona olan münasibət yavaş-yavaş dəyişə bilər, çünki bu bir çox dövlətlərdə var. Bəlkə, bu yolla biz hakimiyyəti sivil yolla və demokratik seçkilər yolu ilə dəyişməyə nail ola bilərik…
İkincisi, millətçilik simvolu məhz insanların dirənəcək bir ümidə ehtiyacları olan və bir çox hakimiyyət modellərinin özlərini diskreditə etməklə məşğul olduqları zaman daha gərəklidir.
Nəhayət ən böyük müsbət cəhət ondan ibarətdir ki, ənənələrə hörmət tendensiyası formalaşacaq. Adət və ənənələrə riayət etməklə isə adətləri və onun tarixi haqqında məlumatları nəsillərə çatdırmaq mümkün olacaq. Bu yaddaşlara həkk olunmadan, cəmiyyətdə həmin tendensiyanın hormoniyası mümkün deyil.
Bəs bunun mənfi tərəfləri hansılardır? Burada ilk əvvəl V.Putinin rəqibləri ayağa qalxacaq. Lakin düşünürəm ki, etirazlar çox tez kəsiləcək. Digər tərəfdən, ənənəvi monarxiyalarda belə etiraz edənlər həmişə var, lakin onların qaydaları çox sadədir… Ancaq bu yeni titulu necə adlandırmağımız o qədər də vacib məsələ deyil… Bəlkə də əvvəllər olduğu kimi elə şah elan edək, ya da daha müasir dillə desək, milli lider adlandıraq. Əslində indi yalnız II Elizavetta həqiqətən də tac sahibi olan şahdır və Allahdan verilən hakimiyyəti idarə edir. Yalnız indiki digər Avropa ölkələri çoxdan tacqoyma mərasimini inauqurasiya ilə əvəz ediblər. Tacqoyma olmadan onların xalq tərəfindən seçildiyini və daha ali qüvvə tərəfindən seçilmənin olmamasına inanırlar”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.