Azərbaycanlı futbolçu barda olanları silahla hədələdi

25-06-2014, 13:17   
Azərbaycanlı futbolçu barda olanları silahla hədələdiHazırda azad agent statusunda olan Azərbaycan əsilli ukraynalı futbolçu Aleksandr Əliyev qalmaqal törədib.
Publika.az xəbər verir ki, bu yaxınlarda Azərbaycan klublarının birində oynamaq variantı ortaya çıxan futbolçunun istəyi gerçəkləşməyib.
Bundan pəjmürdə olan Əliyev Kiyevə qayıdıb və paytaxt barlarının birində qalmaqal törədib. Şahidlər bildirirlər ki, sərxoş vəziyyətdə olan futbolçu barda olanları silahla hədələyib.
Mühafizəçilərin köməyi ilə zərərsizləşdirilən futbolçu bardan uzaqlaşdırılıb.
Qeyd edək ki, Aleksandr Əliyev ötən mövsüm “Anji”nin heyətində çıxış edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.