Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yeni təyinat olub.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vasif Kazımovu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyət üzrə müavini vəzifəsinə təyin edib.
Bundan başqa, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə İdarəsinin rəisi, polkovnik Natiq Əhmədəliyevi vəzifəsindən azad edib. N.Əhmədəliyev Bakıda daha aşağı vəzifəyə - "N" saylı hərbi hissəyə əməliyyat növbətçisi təyin edilib. N.Əhmədəliyevin səlahiyyətlərinin icrası isə idarənin qərargah rəisi polkovnik Namiq Bayramova həvalə edilib.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən xeberdar.az-a təsdiqləyiblər.
Qeyd edək ki, Vasif Kazımova üç gün bundan əvvəl - iyunun 25-də prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor rütbəsi verilib.