Vəhhabilər rəsmən "islam xilafəti" elan etdilər

30-06-2014, 10:12   
Vəhhabilər rəsmən "islam xilafəti" elan etdilərSuriya, Livan, İsrail, İordaniya, Fələstin, Misir, Türkiyə, Kipr...

"İraq və Şam İslam Dövləti” (İŞİD) hərbi terror qruplaşması ələ keçirdiyi və nəzarət etdiyi ərazilərdə "İslam xilafəti” yaratdığını rəsmən bəyan edib. "İTAR-TASS” agentliyi istinadən xəbər verir ki, bu barədə İŞİD-in adından bəyanat yayılıb.
Qeyd edək ki, İŞİD hazırda Suriya və İraq ərazisində döyüşür. Vəhhabilərin yaratdığı İŞİD-in yaraqlıları bu ilin əvvəlindən etibarən İraqın şimalında hərbi əməliyyatlara, bu ərazidəki şəhər və qəsəbələri ələ keçirmək üçün döyüşlərə başlayıblar. Onlar bir çox yaşayış məntəqələrini ələ keçirərək orada görünməmiş qəddarlıqlar törədiblər.
Əsas hədəfi Yaxın Şərqin şiə şəhərlərini ələ keçirmək olan vəhhabi terrorçuların hazırkı məqsədi Bağdadı ələ keçirib İraq dövlətinin varlığına son qoymaqdır. Neftlə zəngin bu ölkənin İŞİD dəhşəti ilə üz-üzə qoyulmasındakı gerçək məqsədi anlamaq isə o qədər də çətin deyil.
İŞİD-in adına gəlincə isə onlar təşkilatın adındakı "Şam” sözü altında Aralıq dənizi hövzəsinin şərqində yerləşən aşağıdakı əraziləri nəzərdə tuturlar: Suriya, Livan, İsrail, İordaniya, Fələstin, Misir, Türkiyə, Kipr...
Bu ərazilər ərəb dilində "əş-Şəm” adlanır. Vəhhabi terrorçuları "İslam xilafəti”ni məhz burada qurmağa can atırlar...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.