Baloğlan Əşrəfovun 1 milyon dollar borcu var

24-04-2014, 01:48   

"Space" tv-də Vüsalə Kərimovanın təqdimatında yayımlanan və mövzusu mahnı qiymətlərinə həsr edilən “Günaydın”ın bu buraxlışı maraqlı açıqlamalar ilə zəngin olub.

Verlişin qonaqları sırasında studiyaya təşrif buyuran nəğməkar şair Vüqar Əhməd, mahnılara yazılan sözlərə görə müğənnilərdən qanorar tələb edən şairlərdən və həmin mahnıları ifa edən müğənnilərdən danışıb:

"Mən bu vaxta qədər 500-ə yaxın mahnıya söz yazmışam və heç bir müğənnidən bunun üçün qanorar tələb etməmişəm. Ruzini verən Allahdır! Bəstəkarlarımızın müğənnidən bir mahnıya görə lap 10 min də tələb etməyə haqqı var, amma bu musiqilərə söz yazmağa görə müğənnidən pul tələb etmək mənim xarakterimdə yoxdur. Ona qalsa, gərək Baloğlan mənə 1 milyon dollar verməlidir. Sözləri mənə məxsus olan “Anam mənim” mahnısı illər öncə Baloğlan Əşrəfovun ifasında səsləndiyi gündən bu vaxta kimi çox zaman bu mahnıdan ötrü, o, toylara-düyünlərə dəvət alır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.