Kim yalan deyir: nazir, yoxsa ANS?

24-04-2014, 01:58   
Kim yalan deyir: nazir, yoxsa ANS?
Gənclər və idman naziri Azar Rəhimov bu gün keçirdiyi mətbuat konfransında ANS-dən şikayətlənərək bu telekanalı məhkəməyə verəcəyini bildirib.

A.Rəhimov bu addımı nazirlikdə korrupsiya faktının edilməsi ilə bağlı ötən gün ANS telekanalının “Xəbərçi” proqramında gedən sujetlər əlaqələndirib.

Telekanalı qeyri-dəqiqlikdə ittiham edən nazir vurğulayıb ki, belə bir məlumatın yayılması Azad Rəhimova qarşı yox, prezidentin siyasətinə təxribatdır.

A.Rəhimovun məhkəmə iddiasına telekanaldan cavab gecikməyib. ANS prezidentinin media üzrə müşaviri Mais Məmmədov mətbuata açıqlamasında nazirin ittihamlarını əsassız hesab edib.

Mais Mənsimov açıqlamasında Azad Rəhimovun televiziya barəsində həqiqəti əks etdirməyən fikirlər səsləndirdiyini deyib.

Bildirib ki, Azad Rəhimov yalan deyir, sözügedən xəbərin istinad mənbəyi başqa saytdır.

M.Məmmədovun cavabından göründüyü kimi ANS nazirin itihamını üzərindən ataraq efirə gedən sujetin hansısa saytın məlumatı əsasında hazırlandığını bəyan edib.

AzVision.az saytının araşdırması zamanı məlum olub ki, ANS-in “Xəbərlər” proqramının aprelin 22-də saat 21:00-da efirə gedən buraxılışında nazirlikdə korrupsiyanın olması haqda sujet yayımlanıb. Lakin M.Məmmədovun dediyi kimi, xəbər hansısa xəbər saytına istinadla deyil, bir başa Hesablama Palatasından daxil olan məlumat kimi tədqim olunub.

Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyində korrupsiya faktının aşkar edilməsi ilə bağlı yerli mediada xəbər tirajlanıb. Xəbər “Mediaforum” saytı tərəfindən hazırlanıb. Demək olar ki, bir sıra qəzet və portallar sözügedən xəbəri məhz “Mediaforum”a istinadən yayımlayıb.

Bildirilib ki, dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verilib. Sayt bu xəbəri Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatına istinadən dərc edib.

Nazirlə ANS televiziyası arasında məkhəmə çəkişməsinə səbəb olan xəbərin videosunu təqdim edirik:
[media=http://www.youtube.com/watch?v=YJgVFRxKAEU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.