İraqın tanınmamış Kürdüstan İcmasının rəhbəri Məsud Bərzaninin bu dəqiqələrdə kürd parlamentində müstəqillik referendumu ilə bağlı qərar verməsi gözlənilir. Xəbəri "Lent.az" saytı yayıb.
Məlumata görə, Məsud Bərzani qarşıdakı bir neçə saat içərisində Kərkükün də daxil olduğu 4 şəhərdən ibarət müstəqil Kürdüstan dövləti elan etmək üçün referendum qərarının qəbul edilməsi ilə bağlı göstəriş verəcək.
Kürd Bölgəsi Xarici İşlər naziri Fəlah Mustafa parlamentdəki çıxışında daha kəskin danışıb:
“ABŞ “yox” desə də, müstəqilliyimizi elan edəcəyik”.