Ukrayna qan gölünə döndü

4-07-2014, 10:28   
Ukrayna ordusu Rusiya tərəfdarı olan separatçıların nəzarətindəki Slavyanskda əməliyyat həyata keçirib.
anaxeber.info teleqraf.com-a istinadən verdiyi məlumata görə, şəhərdəki hədəflər Ukrayna ordusu tərəfindən toplarla vurulub. Eyni zamanda şəhər tanklarla mühasirəyə alınıb. Slavyanska daxil olmağa və çıxışa icazə verilmir.
Slavyanskdan qaçan vətəndaşlar qarşıdurmaların fasiləsiz olaraq davam etdiyini bildirib: "Ordu birlikləri şəhəri tank və toplarla atəşə tutur. Əməliyyat zamanı havadan təyyarələr də separatçıların mövqelərinə zərbə endirib.
Yerli qaynaqlar çoxlu sayda ölən və yaralananların olduğunu bildirir.
Təkcə şəhər kənarındakı bir evə havadan zərbə endirilməsi nəticəsində 50 nəfərə yaxın adam həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.