Kamal Abdulla zərərli dini cərəyanlardan danışdı

4-07-2014, 14:00   
Kamal Abdulla zərərli dini cərəyanlardan danışdıAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla iyulun 3-də Lerik Rayon Mədəniyyət Evində rayon ziyalıları və dindarlarla görüşüb.

Azərtac xəbər verir ki, rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.



Dövlət müşaviri Kamal Abdulla ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs etmiş və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bölüşüb.



Qeyd olunub ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilmişdir. Məhz bu tolerantlığın birgə yaşayışın və ölkə başçısının bu sahədə həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, mədəniyyətlərarası və dinlərarası münasibətlərə həsr olunmuş beynəlxalq forumlar Azərbaycanda keçirilir.


Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmış və bu prinsiplər dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.



Diqqətə çatdırılıb ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dönəmdə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə məscidlərin sayı 2000-ə çatdırılmışdır. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir.



Dövlət müşaviri son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirmiş, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələrini verib.


.
Sonda tədbir iştirakçılarının suallar cavablandırılıb.



Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdulla rayondakı “Babagil” pirini ziyarət etmiş, Lerik şəhərindəki Cümə məscidində dindarlarla görüşüb.



Çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin Azərbaycan dövlətinin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildiriblər.



Qeyd edilib ki, ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılıbdır.



Günün ikinci yarısında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Yardımlı rayon ziyalıları və dindarları ilə görüşüb.



Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olublar.



Yardmlı Rayon Mədəniyyət Sarayında keçirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Kamal Abdullanı yeni quruma rəhbər təyin olunması və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi münasibətilə təbrik edib.



Tədbirdə çıxış edən Dövlət müşaviri Azərbaycanda hökm sürən tolerantlıq mühiti, dövlət və din münasibətləri barədə ətraflı söhbət açıb.



Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırıb.



Görüş başa çatdıqdan sonra Kamal Abdulla Yardımlı Cümə məscidində dindarlarla görüşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.