Kolumbiya üzərində 2:1 hesablı qələbə ilə Dünya Çempionatının ½-na yüksələn Braziliya yığması ağır itkiyə məruz qalıb. Komandanın oyun zamanı kolumbiyalı rəqibi ilə toqquşan ulduzu Neymar aldığı zədə üzündən növbəti qarşılaşmalara çıxa bilməyəcək. O, Dünya Çempionatını tərk etmiş sayılır. Həkimlər bildiriblər ki, toqquşma zamanı Neymarın onurğası çatlayıb. O, əməliyyat olunmayacaq. Amma müalicəsi üçün uzun müddət lazımdır.