Vəhabilər Sabirabada ordu yeridir

7-07-2014, 11:19   
Vəhabilər Sabirabada ordu yeridirVəhhabi təriqətinə mənsub olan şəxslər 160 maşınla Sabirabada getsələr də, onlardan yalnız 15 avtomobil Sabirabada daxil olub.
Bu barədə radikal təkfirçi sələfilər sosial şəbəkələrdə məlumat yayıblar.
İslamazeri.az-ın bu məlumatlara istinadən verdiyi xəbərə görə, Bakının Qaraçuxur qəsəbəsindən yola çıxan vəhhabilərin qarşısının alınması üçün yol boyu postlar qurulub, avtomobillər yoxlanılıb. Silahlı xüsusi təyinatlılar tərəfindən avtomobillərin Sabirabad rayonuna getməsinin qarşısı alınıb. Lakin 15 avtomobil barrikadalara baxmayaraq Sabirabada daxil ola bilib.
Sabirabadda avtomobildən düşən vəhhabilər polis əməkdaşları tərəfindən qarşılanıb. Vəhhabilər yerli əhalini təhqir etdikdən sonra avtomobillərinə minərək geri qayıdıblar. Radikal sələfilərin avtomobillərini Bakıya qədər polislər müşayiət ediblər.
Bundan başqa, Sabirabadda vəhhabi əqidəli şəxsin saqqalını qırxan və onu təhqir edən Rəmzinin saqqallı şəxslərlə şəkili yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar