Amerika Birləşmiş Ştatlarının xüsusi təyinatlarını gətirən təyyarə Polşanın şimalındakı Svidvin hava limanına eniş edib. “Axar.az” xəbər verir ki, İtaliyada dislokasiya olunmuş 173 saylı hərbi hava desant bölməsinin 150 nəfər üzvü NATO-nun Baltikyanı və Polşadakı təlimlərində iştirak edəcəklər. Qeyd edək ki, daha 450 amerikalı hərbçinin yaxın vaxtlarda Estoniya, Latviya və Litvaya gəlməsi gözlənilir. Alyansın Baş katibi Anders Foq Rasmussen aprelin 16 bəyanatla çıxış edərək, təlimlərə başlaycaqlarını bildirmişdi. Məqsəd həmçinin Baltikyanı ölkələrin hava məkanlarının təhlükəsizliyinin qorunmasıdır.