London və Vaşinqton Yaxın Şərqdə yeni terror qruplaşmalarının meydana gəlməsinin arxasında dayanır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İranın Silahlı Qüvvələrinin Qərargah rəisi general-mayor Həsən Firuzabadi çıxış edib.
O, Böyük Britaniya, ABŞ-la yanaşı bir sıra Yaxın Şərq ölkələrini də İŞİD-lə əlaqədə ittiham edib. O həmçinin Səudiyyə Ərəbistanının Rusiyadan İraqa İŞİD-lə mübarizədə kömək etməmək üçün var-gücüylə çalışdığını bildirib.