“Orada bizə İslamın qaydaları öyrədilmədi. Orada bizə öz istədikləri İslamı öyrətdilər. Ya mənimləsən, ya da düşmənim”.
Axar.az xəbər verir ki, BBC-nin əməkdaşları İŞİD sıralarını tərk edən bir nəfərlə görüşüblər. Adının açıqlanmasını istəməyən köhnə təşkilat üzvü Azad Suriya Ordusundan başlayan mücahidliyindən İŞİD-in bütün əməllərinə qədər bir çox şey barəsində danışıb.
“İŞİD-in əməlləri hər kəsi qorxudur. Ailəm, qohumlarım hələ oradadır. Onların vəziyyətindən narahatam. İŞİD məni tapa bilməyəcəksə, ailəmi tapıb onlara zərər verəcək. Onlara qarşı olsan, öldürüləcəksən. Əgər yanlarındasansa, onlara kömək etməlisən. Bütün məsələlərdə tabe olmalı, verdikləri əmri yerinə yetirməlisən”.
İŞİD xadimi olaraq ona verilən ilk əmr şəriət hüququ dərslərinə qatılması olub. Köhnə döyüşçü bu dərslərdə öyrəniklərini belə izah edir.
“Orada bizə İslamın qaydalarını yox, öz istədikləri islamı öyrətdilər. Ya mənimləsən, ya da düşmən. Söylədikləri şeylər ağıla deyil, ruha təsir edir. Dinləyənlər də o sözlərlə həyəcanlanır, coşğuya qapılırlar. Bu, ilk mərhələdir”.
İŞİD üzvləri ikinci mərhələdə hərbi təhsi alırlar. Köhnə döyüşçü təşkilatın Suriyada tutduğu hər yeni qəsəbədə fərqli üsullar sınadığını deyir:
“İŞİD əvvəl tutduğu ərazilərdə insanlara yaxşılıqla yaxınlaşırdı. Onlara ehtiyacları olanları verirdi. Çünki bu insanlar Əsəd rejimindən çox zərər çəkmişdilər. Ancaq insanlar onları qəbul etməyə başlayanda təəccüblü şəkildə dəyişməyə başladılar, sərtləşdilər. Ya mənimləsən, ya da düşmənimizsən prinsipi başladı. Onlar arada boz bir sahə buraxmadılar”.
Onun sözlərinə görə İŞİD ələ keçirdiyi bütün bölgələrdə özünün mühafizəkar qanunlarını təqdim edir. Görünüş və geyimlərdə qatı qaydalar tətbiq olunur. Kişilər saqqal buraxmaq, qadınlar isə hər yerlərini örtən çarşab geyinmək məcburiyyətindədirlər. Bu geyim tərzini hamı qəbul etməlidir. Onların inancları ilə ziddiyyət təşkil edən hər şey yasaqlanır və dindən dönmək kimi qəbul edilir.