Alimlərdən sensasiyalı vəd: cəmi 20 il qaldı

16-07-2014, 15:03   
Alimlərdən sensasiyalı vəd: cəmi 20 il qaldıABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertləri Vaşinqtonda keçirilmiş dinləmələr zamanı bildiriblər ki, Yerdən kənarda həyatın tapılmasına ən uzağı 20 il qalıb.
Yadplanetli canlılar Günəş sistemindən kənarda aşkarlanacaqlar.
Milli.Az ABC News-a istinadən bildirir ki, sabiq astronavt, indi NASA-nın inzibatçılarından biri Çarlz Boldenin dediyinə görə, yadplanetlilərin varlığına inanır.
"Onları aşkarlayacağımıza əsla şübhə etmirəm", - Ç.Bolden deyib.
Massaçusets Texniki İnstitutunun planetar elmlər və fizika professoru (professor of planetary science and physics at the Massachusetts Institute of Technology in Cambridge, Massachusetts) Sara Ziqeri də Günəş sistemindən kənarda yadplanetlilərin yaşadıqlarına şübhə etmir.
"Kainatın tədqiqatları bu yaxınlarda elə bir səviyyəyə çatacaq ki, astronavtlar dəqiq deyə biləcəklər: "Baxın, bu ulduzun yanındakı planet Yerə bənzəyir". Hər ulduzun bir planeti, bir çox ulduzların isə bir neçə planeti var. Yalnız bizim qalaktikada trilyonlarla planet mövcuddur. Yəni onların sayı ulduzların sayından 3 dəfə artıqdır. Milyardlarla planetdə həyatın yaranması və mövcudluğu üçün bütün şərtlər var. Yad planetlərdə şüurlu həyatı aşkarlamaq üçün 20 il məntiqli müddətdir", - Sara Ziqer deyib.
Astronomlar bu yaxınlarda istifadəyə veriləcək kosmik teleskoplara çox ümidlidirlər.
2017-ci ildə kosmosa "Transiting Exoplanet Surveying Satellite" (Tess), 2018-ci ildə "James Webb Space Telescope", 2018-ci ildə isə infraqırmızı spektrli "Wide Field Infrared Survey Telescope - Astrophysics Focused Telescope Assets" göndəriləcək.
NASA 2034-cü ilədək yadplanetliləri aşkarlayacağını vəd edir.
May ayında isə yadplanetli sivilizasiyaların siqnallarını arayan SETİ (Search for Extraterrestrial Intelligence Institute) institutunun rəhbərləri belə vəd vermişdilər.
ABŞ Konqresinin Nümayəndələr Palatasının elm, kosmos və texnologiyalar komitəsində (House Science and Technology Committee) çıxış edərkən SETİ rəhbərləri Den Vetaymer və Sen Şostak ən son teleskoplar və məlumatların təhlili sistemlərinin yardımı ilə uzaq planetlərdən gələn siqnalların öyrənilməsi prosesinin dəfələrlə sürətlənəcəyini demişdilər.
Onların sözlərinə görə, əgər əvvəllər minlərlə ulduz sistemlərində axtarışlar aparırdılarsa, indi belə sistemlərin sayı milyonlarladır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar