Erməni general: “Milyarderin həbsi Əliyevə hədiyyədir”

17-07-2014, 11:22   
Erməni general: “Milyarderin həbsi Əliyevə hədiyyədir”Məşhur erməni milyarderi Levon Ayrepetyan Azərbaycana görə həbs olunub.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. O, Levon Ayrepetyanın həbsini yalnız Azərbaycanın istəyə biləcəyini söyləyib. Tadevosyanın fikrincə, Dağlıq Qarabağın inkişafına çalışan bir şəxsin həbsi başqa heç kəsə lazım deyil:
“Bu həbs Moskva tərəfindən Azərbaycan rəhbərliyi üçün kiçik bir hədiyyədir”.
Qeyd edək ki, Levon Ayrepetyan dünən Moskvada “Domodedova” aeroportunda Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Ayrepetyan dünyada erməni lobbisinin ən məşhur siması hesab olunur.
Xatırladaq ki, ermənilər cinayətinə görə həbs olunan milyarderlərinin həbsini belə Azərbaycanla bağlamağa və onun müdafiəsini bu təzyiqin üstündə qurmağa çalışırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar