Vidadi İsayev DTX-dan necə yayınır? – İcra başçısından Bərdə poçtuna xüsusi göstəriş

12-05-2020, 10:02   
  



Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi və həbslə müşayiət olunan əməliyyatlar Bərdənin icra başçısı Vidadi İsayevi təşvişə salıb. ANAXEBER.info-nun məlumatına görə, icra başçısı hər vəchlə bu indiki vəziyyətdə adının mənfi çalarda hallanmasının qarşısını almağa çalışır. Məlumata görə, Vidadi İsayev Bərdə poçtuna göstəriş verib ki, barəsində yuxarı instansiyalara yazılan ərizə və şikayətlərin qarşısını alsın. Rayon sakinlərinin sözlərinə görə, icra başçısının əleyhinə olan bircə şikayəti belə, poçt vasitəsilə göndərmək mümkün deyil.Vidadi İsayev adı ən çox qanunsuz əməllərdə hallanan icra başçılarındadır. O, Bərdənin icra başçısı olduqdan sonra rayonda ciddi narazılıq baş qaldırıb. Dəfələrlə onun qanunsuz əməllərindən şikayət edilsə də, nəticəsi olmayıb.Vidadi İsayev koronavirus pandemiyası dövründə də qanunsuz əməllərindən qalmayıb. Bu barədə Bərdə sakinləri sosial şəbəkələrdə dəfələrlə çıxışlar ediblər. Rayonda maska qıtlığının olması, dezinfeksiya işlərinin görüntü xarakteri daşıdğını bildiriblər.DTX-nın İmişli Rayon İcra Hakimiyyətindən keçirdiyi əməliyyatdan sonra isə Vidadi İsayev sosial şəbəkələrdə gülüş hədəfinə çevrilimişdi. İcra başçısı rayonda pandemiya dövrünə uyğun fəaliyyət göstərildiyi barədə görüntü yaratmaq üçün keçirdiyi virtual müşavirə tibbi maska taxmışdı. Eyni zamanda digər müşavirə iştirakçılarına da bu barədə göstəriş vermişdi.  DTX icra hakimiyyətlərində əməliyyatlara başlayanda Vidadi İsayevin də həbs oluna biləcəyi barədə ehtimallar səsləndirlirdi. Hələlik bu ehtimallar özünü doğrultmayıb. Vidadi İsayev də DTX-nın Bərdəyə gəlişinin qarşısını almaq müxtəlif vasitələrə əl atır. Yuxarıda onun rayon poçtuna verdiyi xüsusi göstərişdən bəhs etdik. Bundan başqa, Bərdə icra nümayəndəsi Azad Salmanovun həbsi də Vidadi İsayevin planı ilə baş tutdğu bildirilir. Onunla bağlı rayon prokurorluğuna icra hakimiyyətindən müraciət daxil olması da baş verənlərdə Vidadi İsayevin rolunun olduğuna şübhələri artırır. Amma icra başçısının bu cəhdlərinin onu xilas edəcəyi inandırıcı görünmür.
ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.