Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac var.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında “İrs” Partiyasının sədr müavini Armen Martirosyan deyib.
Onun sözlərinə görə, hakimiyyət ölkə vətəndaşlarının maraqlarını müdafiə etmək iqtidarında deyil. Bu səbəbdən erməni siyasətçi xatırladıb ki, əgər sentyabr ayına qədər Ermənistan rəhbərliyi müxalifətdəki “dördlüyün” 12 tələbini yerinə yetirməsə, payızda ölkədə yeni situasiya yaranacaq. “Parlamentdə təmsil olunan “dördlük” çevriliş həyata keçirməyə cəhd edəcəkmi” sualına Martirosyan belə cavab verib: “Sentyabr ayında biz xalqdan nə istədiyini soruşacağıq. Əminəm ki, vətəndaşlar hakimiyyətin tamamilə dəyişməsini istəyəcəklər”.