Dünyanın ən sürətli danışan qadını olan 54 yaşlı Fran Kapo görənləri heyrətə salıb.
Axar.az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərində yaşayan Kapo 1986-ci ildə bir radioda aparıcı işləyib. Aparıcı çağırıldığı televiziya kanalındakı bir proqramda incilin bir hissəsini oxuyub. Dəqiqədə 585 söz deyən Kapo dünya rekordu qazanıb.
Dünyanın ən sürətli danışan qadını olaraq adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran Kapo uşaq olarkən bu qabiliyyətinin ortaya çıxdığını bildirib.
[media=http://www.youtube.com/watch?feature=player_embedded&v=erSHMMEhMr0]