Saytımızın elektron ünvanına daxil olan şikayət məktubların bir qismi Yardımlı rayonu ilə bağlıdır.
Ötən yazılarımızda Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, müavinləri Mahir Mirzəyev və Azər Xamiyev üçlüyünün özbaşınalıqları ilə bağlı bir çox məqamlara aydınlıq gətirilmişdir. Yaradımlı rayonundan ünvanlanan şikayət məktubları və narazı kütlənin daha da artması bir növ məmur fironluğundan xəbər verir. Əlbətdə ki, yuxarıda göstərilən neqativ hallar tək bu gün deyil, hələ bir neçə il bundan əvvəl də yaşanıb. Mənbəmizin sozlərinə görə, rayonu Mahir Mirzəyev və Azər Xamıyev idarə edir. Elə bu səbəbdən ölkə başçısı cənab İlham Əliyevə yalan məlumat verən və ictimai işlərə cəlb edilən sakinlərin maaş kartlarını mənimsəyən faktlara birbaşa rayon rəhbərliyi cavabdehlik daşıyır.
Mahir Mirzəyev və Azər Xamiyev kimlərin qara qutusudur?
Bir sözlə, adı hallanan müavinlər Mahir Mirzəyev və Azər Xamiyev Yardimlinin keçmiş icra başçıları Süleyman Mikayilovun (Qaradağ rayon icra hakimiyetinin başçısı),Qəzənfər Ağayevin ( Astara rayon icra hakimiyetinin başçısı ) ,Xəzər Aslanovun ( Xızı rayon İcra Hakimiyetinin Başçısı ), Sevindik Hətəmovun ( Saliyan rayon icra hakimiyetinin başçısı) və hazırkı rayonun icra başçısı Ayaz Əsgərovun qara qutusudur. Şikayət məktubunda daha sonra əlavə olunur ki, hər iki müavin dövlətin ayırdığı milyonlarla vəsaiti mənimsəyib, şəxsi mülklərini atırıblar.
Daha bir neqativ hal Süleyman Mikayılovun zamanında baş verib. Belə ki, Yardimli rayonunda Sovet vaxdindan qalan şadlıq sarayı Suleyman Mikayilov tərəfindən özələşdirilib. Mahir Mirzəyev isə unversami almaq ucun “çakır” ləqəbli icra başçısına iki yüz min manat qarşiliginda pul verir. Mənbə iddia edir ki, Mahir Mirzəyevin qanunsuz əməlləri bununla bitmir. Məhz icra hakimiyətinin yeni binası üçün ayrılan 2 milyon manatın bir qismi də adı halanan məmurların güdazına gedib. Hələ bu azmış kimi, Yaridmli rayonun girişindən başlayaraq bütün torpağ sahələri M. Mirzəyev tərəfindən zəbt edilərək ayri -ayri vətəndaşlara hisə -hisə sotu 1500 manatda satilib ve hazirda da zebt olunan torpaqlar var.
Rayon təhsil müəssisələri üçün ayrılan vəsait belə yuyulub…
Yarıdmlı rayonunda inşa edilen məktəb binalarinin sənəd üzərində 3 miliyon vəsait xərclənib. Lakin dərindən araşdırılma aparacağı təqdirdə 1 milyon manat xəclənmədiyinin şahidi olarıq. Digər bir fakt isə Yarıdmlı rayon yolarında istinad divarlarına vurulan ağlay daşlarının 1 kvadrat metiri 50 manata hesablanıb. Amma real qiymət 1 kvadrat ağlay daşin qiyməti 10-12 manat arasi dəyişir. Maraqlı məqam ondan ibarətdir ki, Mahir Mirzəyevin Yardımlı rayonunda yerləşən vilasının fasadına vurulan aglayin qiyməti 1 miliyondur. Yarıdmlı rayon 30 ərazi nümayəndəliyinə 2005 –ci ildən bu günə kimi ayrilan dəftərxana və digər avadanlıqların alınmasi ücün ayrılan vəzaitlər Mahir Mirzəyevin şirkətlərinə köçürülərək mənimsənilib. Təkcə Yaridmli rayon icra hakimiyeti başçısının şəhər inzibati ərazi dairəsində olan yeyeinti kifayət edir. Uşağ baxçalarına ayrılan vəsaitlər bu məmurlar tərəfindən mənimsənilib. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən (DTX) 2012-ci il və 2016-ci illərdə görülən işlər araşdırılsa görərik ki, Yaridmli rayonu məmurlar tərəfindən necə talan olunub. Deputat Musa Qasımlı öz kəndinə cəkilən yola diqqət yetirsə çixib parlamentdə rayonu talan edən məmurları müdafiə etməzdi. 1 il ərzində Hamarkəndinə çəkilən keyfiyyətsiz yol məhf oldu. İqtisadiyat Nazirliynin əməkdaşları Yaridmli rayon icra hakimiyetinin başçisi və müavinləri ilə əlbir olaraq tender yolu ile Yardimli rayonun ayarilan vəsaitləri mənimsəyib talan ediler və bu gunde davam edir. Təkcə Göy-Göl MMC-nin fəaliyyəti araşdırılsa görəcəyik ki, nə qədər vəsaitlər min bir adlar altında yoxa çıxıb .Cənab prezident İlham Əliyev hər zaman çıxışlarınızda məmurlara xatırladır ki, məmurlar vətəndaşların xidmetçisidir. Amma Yardımlı rayonunda tam əksinədir. Burada rayon sakinləri məmurlar üçün qul və onların xidmətçisidir. Mahir Mirzəyevin Yardımlılı rayonunda vilasi, Baki şəhərində villlari, ailə üzüvlərinin hər birinin son model avtomobiler hansı işlə, maaşla əldə edib?(hamisininda nomresi 99-MM-999 MM mənasin yaqin ki hami bildide Mahir Mirzəyev)
Araşdırmalarımız davam edir.
DOSYE.ORG