Kərkük Azərbaycan neftindən istifadə edir

20-07-2014, 15:37   
Kərkük Azərbaycan neftindən istifadə edirİraqın zəngin neft ehtiyatlarına sahib Kərkük şəhərində hökumətə aid neft ehtiyatlarının tükəndiyi bildirilib. Axar.az xəbr verir ki, artıq Kərkük neft məhsulları anbarında yanacaq stansiyaları bağlanılıb. Qeyd edək ki, İŞİD terrorçularının Tikritdə nəzarəti ələ alması Kərkükə nefti daşınmasının qarşısını alıb. Gündəlik 1 milyon 300 min litr neft idxal edən Kərkük İŞİD hücumlarından sonra öz ehtiyat anbarlarından istifadə etməyə başlamışdı. Ancaq mövcud ehtiyatlar da tükəndikdən sonra bütün zavodlar bağlanıb.
Neft daşınması dayandıqdan sonra Kərkükdə neftin 1 litri 500 dinara (təxminən 2 manat) satılırdı. Kərkük əyalət məclisinin sədri Həsən Turan verdiyi açıqlamada artıq neft ehtiyatının tükəndiyini, yalnız Türkiyə, İran, Azərbaycan və Rusiyadan Kərkükə gətirilən 2-ci növ benzindən istifadə etdiklərini bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.