Polis deputat oğlunun maşınını cərimə meydançasına apardı

24-04-2014, 16:10   
Polis deputat oğlunun maşınını cərimə meydançasına apardı
Millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus 10-LZ-100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“ avtomobili hazırda cərimə meydançasındadır və onun sahibi sürücülük hüququndan məhrum edilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin avtomobil etibarnamə əsasında paytaxt sakini Elxan İbrahim oğlu Əliyevə məxsusdur.

Qeyd edək ki, millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu bildirmişdi. Deputat, həmçinin Zauru tanımadığını da qeyd etmişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.