Ömrünüzü 5 il uzatmaq istəyirsizsə, oxuyun!

23-07-2014, 14:40   
Artıq uzunömürlülük xəyal deyil. Daha sağlam olmaq və uzun illər sağlamlığınızı qorumaq öz əlinizdədir. Bunun üçün nə yediyinizə və içdiyinizə diqqət etməlisniz.
Amerikanın Harvard Universitetinin alimləri müntəzəm olaraq qəbul edildikdə, insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb. Araşdırmalar 30 mindən çox insan üzərində aparılıb.
Ekspertlər iddia edirlər ki, bu siyahıdakı qidalardan düzgün şəkildə istifadə edərək ömrü 5 il uzatmaq mümkündür.
Alimlər birinci yerə meyvə və tərəvəzləri layiq biliblər.Tərəvəzlər maddələr mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır.
Siyahıda ikinci yerdə yaşıl çay qərarlaşıb. Tərkibində katexin üzvi maddəsi olan çay xərçəngin yaranması təhlükəsini 20 faiz azaldır. Bunun üçün gündə 1 fincan yaşıl çay içmək kifayətdir.
Siyahıda üçüncü yerdə sitrus meyvələr dayanır. Portağal, limon, qreypfrut kimi meyvələr qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.
Dördüncü yerdə düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qidalar yer alıb. Gün ərzində bunlardan heç olmasa birindən istifadə etməlisiniz. Həfəlik qida rasionunuza bu qidaları əlavə edin.
Alimlər bildirirlər ki, insan ömrünü uzadan ən təsirli içki qəhvədir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır. Ancaq unutmayın ki, qəhvəni çox içmək olmaz. Əks təqdirdə ömrünüzü uzatmaq yerinə qısalda bilərsiniz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.