Ankaradan Bakıya zərbə: Rus layihəsinə izn verildi

24-07-2014, 18:08   
Ankaradan Bakıya zərbə: Rus layihəsinə izn verildiRusiya təbii qazının birbaşa Avropaya nəqlini təmin edəcək “Cənub axını” layihəsi Türkiyə tərəfindən təsdiq olunub.
Axar.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin Ekologiya və Şəhərsalma Nazirliyində “Cənub axını”nın Türkiyə ərazisi ilə bağlı hazırlanan “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” (ƏMTQ) hesabatı təsdiq olunub. Hesabata görə, boru xəttinin istehsal prosesi zamanı nəzərəçarpacaq pozuntu qeydə alınmayacaq.
ƏMTQ hesabatı dəniz dibinin relyefi, suyun keyfiyyəti və dəniz ekologiyası da daxil olmaqla layihənin ətraf mühitə təsirini qiymətləndirib.
Ekoloji təsir minimum səviyyədə olacaq
Boru kəməri Türkiyə sahilindən 110 kilometr uzaqda, 2200 metr dərinlikdən keçəcək. Qara dənizin 100-200 metrdən aşağı hissəsində oksigen çatışmazlığından az qala canlı yaşamır. Bu səbəbdən də boru xəttinin çəkilməsinin ətraf mühitə çox cüzi ziyan vuracağı gözlənilir.
Əlavə olaraq, insanların balıqçılıq fəaliyyəti daha çox sahilə yaxın bölgələrdə aparıldığı üçün boru xəttinin çəkilməsinin bu fəaliyyət sahəsi üzrə də təsirinin olmayacağı güman edilir.
Qeyd edək ki, hesabatda Türkiyənin Enerji və Təbii Sərvətlər, Qida və Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri və Türkiyə Dəniz Qüvvələri və Sahil Təhlükəsizlik Komandanlığı da daxil olmaqla əlaqədar səlahiyyətli orqanlar ƏMTQ hesabatı ilə bağlı müsbət fikir bildirib.
İnşaat 2014 sonunda başlayacaq
“South Stream Transport” şirkətinin verdiyi məlumata görə, layihənin ilk boru çəkilmə prosesi bu ilin sonunda reallaşacaq. Türkiyə sularında isə bu proses 2015-ci ilin sonunda baş tutacaq.
Rusiyanın Qara dəniz sahilindəki Anapa şəhəri yaxınlığından başlayıb Türkiyə ərazisindən keçərək Bolqarıstan sahilindən Varna şəhərinə kimi uzanacaq “Cənub axını” boru xəttinin uzunluğu 931 km olaraq planlaşdırılır.
Türkiyə ərazisinə 470 kilometr düşür
Xatırladaq ki, layihənin təxminən 470 kilometr uzunluğunda olan hissəsi Türkiyə ərazisinə düşür. Bolqarıstanda quruya çıxacaq boru xətti “South Stream Bulgaria AD” şirkəti tərəfindən Cənub-Şərqi və Mərkəzi Avropaya nəql olunacaq. Layihənin 2015-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Layihənin illik ixracatı 63 milyard kubmetr olacaq.
Xatırlatma
Bu layihə gerçəkləşərsə, Nabukko layihəsi risk altına düşəcək və Avropanın Azərbaycan qazından asılılığı aşağı düşəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar