Müğənni Natavan Həbibi ATV telekanalında yayımlanan “Gündəlik” verilişinin qonağı olub.
Natavan verilişdə müzakirə olunan “pulun insan həyatındakı rolu” mövzusuna münasibət bildirib.
“Hamı pullu insanlara hörmət edir, onların qarşısında əyilir. İnsanın pulu varsa, hər məsələdə haqlıdır.” deyən N.Həbibiyə aparıcı Mətanət Əliverdiyeva maraqlı sual verib:
“Neçə ildi niyə ailə qurmursan? Pullu kişi axtarırsan?”
Müğənni bu suala “Səsimlə, oxumaqla ailəmə, özümə baxacaq qədər pul qazanıram. Xalqın sevgisilə, mahnılarımla özümü saxlayıram. Ailə quracağım insan məndən çox qazanmalıdır ki, sabah onunla ailə quranda işləmək məcburiyyətində qalmayım. O, axşam işdən gələndə mən pul xatirinə toya getməyim” deyə cavab verib.