Bu gecə Rusiyadan Bakıya həkimlər qrupu gəldi

12-07-2020, 11:39   


Bu gün koronavirusla mübarizə aparmaq üçün  Rusiyadan Azərbaycana həkimlər qrupu göndərilib.
Virtualaz.org xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Məlumata əsasən Moskvanın İ.M.Seçenov adına dövlət universitetinin klinikasının həkimlər qrupu iyulun 12-də xüsusi reyslə Bakıya yola düşüb. “Azərbaycan hökumətinin xahişi ilə bazar günü İ.M.Seçenov adına Birinci  Moskva dövlət universitetinin həkimlər qrupu koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilinə yardım göstərmək üçün bu ölkəyə göndərilir”,-məlumatda deyilir.
Mütəxəssislər komandasına Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeyev başçılıq edir.

Xatırladaq ki, bundan əvvəl Rusiya və Türkiyədən olan həkimlər koronavirusla mübarizənin təşkilinə dəstək vermək üçün Bakıya gəliblər. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşmələr aparıblar, bəzi xəstəxanalara baş çəkiblər.
Azərbaycan hökuməti koronavirusla mübarizə üçün Çin və Kubadan da həkimlər dəvət edib. Xaricdən cəlb olunan həkimlər ayrı-ayrı xəstəxanalara təhkim olunacaqlar.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.