Məmurlar İlham Əliyevin qadağasını pozub

26-07-2014, 14:05   
Məmurlar İlham Əliyevin qadağasını pozubOnlar və övladları yenə də «plyonkalı» maşınlarda gəzir
Məmurlar ölkə başçısı Ilham Əliyevin “plyonka” qadağasını pozub. Bu barədə redaksiyamıza Dövlət Yol Polisindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu qadağadan az sonra məmurlar və onların övladları yenə də avtomobillərinə “plyonka” vurublar. “Bu qadağa yalnız məmur və yaxud məmur övladı olmayanlar üçün keçərlidir”, - deyə mənbə bildirib.
Xatırladaq ki, Ilham Əliyev ilk dəfə bu məsələyə 2011-ci ildə keçirdiyi müşavirədə toxunub və məmurlara, onların övladlarına sərt xəbərdarlıq edib. Ikinci dəfə isə ölkə başçısı bu barədə 2013-cü ildə keçirdiyi müşavirədə danışıb.
“Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?!
...Ona görə mən deyirəm, - bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Indi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?!", - deyə Ilham Əliyev bildirib.
Lakin görünür, Ilham Əliyevin bu xəbərdarlıqlarının məmurlar üçün əhəmiyyəti yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.