Gənc və yaraşıqlı aktrisa Fidan Axundova ailə həyatı ilə gündəmə gəlib.
Bu barədə danışan aktrisa həyat yoldaşının xasiyyətinin ağır olduğunu etiraf edib:
"Həyat yoldaşım kobud insandı. Sevgisini mənə göstərə bilmir. İkimiz olan zaman hər şey çox gözəl olur. Bir-birini anlayırıq, sevirik. Ancaq başqaları olan mühitdə o mənə sevgisini göstərmir, mənə qarşı kobud davranır.
Ancaq mən o kobudluğa, zəhmə vurulmuşam".