“Deməli, 190 manata ehtiyacları yoxdur…” – Prezident köməkçisindən İLGİNC AÇIQLAMA

21-07-2020, 10:47   





“Bizdə belə məlumatlar var ki, 190 manat məbləğində birdəfəlik ödəmə verilmiş müəyyən sayda şəxs bir ay müddətində həmin vəsaitdən istifadə etməyiblər”.
“SAVAŞ”-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ilk mərhələdə 190 manat birdəfəlik ödəməni kartından çıxarmamış və buna görə də növbəti mərhələdə 190 manat almaqdan məhrum edilmiş şəxslərlə bağlı məsələyə münasibət bildirərkən bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bu, insanlara birdəfəlik yardım üçün verilib və həmin vəsait kartdan çıxarılmayıbsa, deməli, həmin şəxslərin bu vəsaitə ehtiyacları olmayıb: “Əgər insan obyektiv səbəbdən, məsələn, xəstəlikdən o vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər”. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.