21-ci əsrin Soyuq müharibəsi:CİNLƏ 400 MİLYARD DOLLARLIQ SAZİŞ İRAN ÜÇÜN TƏLƏDİR?

24-07-2020, 14:01   

Daniel Hoffman
“Əl-Monitor”, 23.06.2020
 
İranın Çinlə 400 milyard dollarlıq iqtisadi və təhlükəsizlik sazişinin son mərhələsində olduğu bildirilir. Saziş infrastruktura sərmayə qoyuluşu, İran neftinə endirim, həm müdafiə, həm də kəşfiyyat sahəsində əməkdaşlığı genişləndirməni nəzərdə tutur. Tehran COVID-19-un dəhşətli təsirindən əziyyət çəkir və 2018-ci ildə Tramp administrasiyası Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxdıqdan və sanksiyaları bərpa etdikdən sonra iqtisadiyyatı sürətli enişə gedir.
ABŞ-ın dövlət tərəfindən dəstəklənən terrorizm və ballistik raket proqramı ilə əlaqəli ittihamlarla, yeni bir razılaşma qarşılığında sanksiyaların ləğvi təklifi rədd edilib. Birləşmiş Ştatları danışıqlara qayıtmağa vadar etmək üçün İran 2019-cu ilin yayından ABŞ və müttəfiqlərinə qarşı müqavimətini gücləndirib: “Stena Impero” neft tankeri ələ keçirilib, ABŞ-ın pilotsuz təyyarəsi vurulub, “Saudi Aramco” qurğularına raket hücumu olub.
2019-cu ilin iyul ayında İran JCPOA-ya istinadla zənginləşdirilmiş uran ehtiyatının həddini aşmağa başlayıb. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə görə, İran, həmçinin 2019-cu ilin noyabr ayından etibarən zənginləşdirilmiş uran ehtiyatını təxminən 3 dəfə artırıb. İranın hazırkı ehtiyatı nüvə silahı istehsal etmək üçün lazım olan miqdara yaxınlaşdırır.
ABŞ-İran münasibətləri yanvar ayında general-leytenant Qasim Süleymaninin ölümünə səbəb olan ABŞ-ın hava hücumundan sonra gərgin vəziyyətə gəlib.
2016-cı ildə İran və Çin, ABŞ Senatının JCPOA-nı müqavilə olaraq təsdiq etmədiyi nəzərə alınaraq, investisiya və ticarətin artırılmasına yönəldilmiş strateji ortaqlığa imza atıb.
Çinin qlobal təsir istəyi ABŞ-la Sakit okeandakı gücü rəqabətdən kənara çıxır. Borc tələsi diplomatiyası üçün “Bir qurşaq-Bir yol” təşəbbüsündən istifadə edərək, Çin inkişaf etməkdə olan bütün Cənubi Asiya dövlətlərinin müstəqilliyinə məhdudiyyət qoyub.
Son 10 ildə Çinin İran, İraq və Səudiyyə Ərəbistanına yatırımları xeyli artıb. Çin şirkətləri ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının tez-tez lövbər atdığı Hayfa limanını idarə edir. Pekinin enerji idxalına olan doyumsuz ehtiyacı Yaxın Şərqdəki marağını diktə edir. İran-Səudiyyə münaqişəsinin hər iki tərəfi ilə müsbət ikitərəfli əlaqələri qorumağa çalışan Çin Yaxın Şərqin təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək üçün ABŞ və regional gücləri məqsədyönlü şəkildə dalaşdırır.
Çin  hökumətləri islahata təşviq etməyə və ya insan haqları məsələlərini qaldırmağa çalışmır. Yaxın Şərq dövlətləri bu günə qədər Çinin Sincan bölgəsində müsəlman azlığa qarşı siyasətini tənqid etməkdən çəkiniblər.
Əlbəttə ki, Çin uzun müddət Şimali Koreya kimi repressiv rejimə iqtisadi yırtıcılıq maraqları təklif edən milli təhlükəsizlik strategiyasını həyata keçirib.
Çin İranın hazırkı iqtisadi sıxıntısını təsir imkanlarını genişləndirmək üçün bir fürsət olaraq görür.
Birləşmiş Ştatların hərəkətləri Çinin ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına qarşı getdikcə artan təcavüzkar hücumlarının qarşısını almağa yönəlib. ABŞ-ın naviqasiya əməliyyatları azadlığı iradı Çinin Cənubi Çin dənizində əsassız hegemonluq iddialarını çətinləşdirir. Çin Birləşmiş Ştatlara və müttəfiqlərinə qarşı casusluq kampaniyası aparır, əqli mülkiyyəti oğurlayır və Honq-Konqda demokratiya fəallarını əzir. Koronavirusun başlanğıcını bilərəkdən gizlədən Çin digər dövlətləri Çinin imicini “ağartmaq” üçün hazırlanan təbliğatına uymağa məcbur edir.
İran “Faust sövdələşmələri” ərəfəsindədir. Tehran, şübhəsiz ki, Çinin kütləvi neft, qaz və karbohidrogen bazarlarına çıxış, öz bank, telekommunikasiya və nəqliyyat sektorlarına investisiya və vətəndaşlarının xarici dünyaya bağlayan kiberməkanı Çin texnologiyası ilə məhdudlaşdırmağa ümid edir. Lakin İran 1979-cu il inqilabını rəhbər tutan prinsipləri pozaraq öz suverenliyinin bir hissəsini müştəri Çinin dövlətinə satmaq təhlükəsinə məruz qalır.
ABŞ-Çin münaqişəsinin mərkəzində – ABŞ-Sovet İttifaqı rəqabəti dövründə olduğu kimi – Çinin avtokratik, kommunist dövlətinə mövcud təhlükə olan demokratik azadlıq, plüralizm prinsipləri durur.
Birləşmiş Ştatlar və Sovet İttifaqı heç vaxt bir-birlərinə müharibə elan etməyib, lakin Soyuq müharibə onların iştirak etdiyi proksi münaqişələrin sayı ilə tanınıb. Sovetlər qlobal nüfuzunu genişləndirməyə çalışarkən, ABŞ-ın məqsədi kommunizmin yayılmasını qarşısını almaq olub.
İran-Çin ittifaqı Yaxın Şərqdə dərhal taktiki təsirlər doğuracaq, lakin bu həm ABŞ, həm də Çin üçün heç bir fayda gətirməyən 21-ci əsrin Soyuq müharibəsi olacaq.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.