Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşmış, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzatmışlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olmuşdur.
Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!"