Masallıda yol davası – Vətəndaşala deyirlər ki, özünüz yol çəkin

20-08-2020, 11:25   


Masallı şəhəri İsgəndərli qəsəbəsinin Həzi Aslanov küçəsində yaşayan sakinləri yollarının bərbad olmasından şikayətçidir. Bir qrup sakinin ANAXEBER.info-ya müraciətində bildirilir ki, Masallının bütün kəndlərinin yolları asfaltlansa da, onların yaşadığı ərazinin yollarını təmir edən yoxdur.  “Bağçaya qədər yol çəkib dayanıblar. Bizim küçənin yolları bərbad olmasına baxmayaraq asfaltlamaq istəmirlər. Təsəvvür edin, yeni qəbirstanlıq salıblar. Amma ora yol yoxdur. Deyirlər pul yığıb özünüz çəkin. Biz məgər yol çəkənik? Hər dövlət büdcəsindən yolların təmirinə milyonlarla manat vəsait ayrılır. Biz niyə pul yığıb yol çəkdirməliyik axı?!”, - deyə sakinlər bildirir. Sakinlər ölkə rəhbərliyindən məsələni diqqətdə saxlamasını və problemin həlli üçün müvafiq qurumlara göstəriş verməsini xahiş edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.