Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Faiq Akif oğlu Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, Bakıda anadan olan Faiq Qürbətov Bakı Dövlət Universitetində ali təhsil alıb. Bir neçə il əvvəl Gənclər Fondunda Aparat rəhbəri vəzifəsində çalışan F.Qürbətov 2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Aparat rəhbəri vəzifəsində işləyib.
Gənclərlə işləməyi sevən Faiq Qürbətovun kreativ ideyalara sahib olduğu, boş vaxtlarında mütaliəni və partilərdə rəqs etməyi sevdiyi bildirilir.