Avropa Məhkəməsi Rusiyanı “YUKOS”a görə 1,9 milyard avro cərimələdi

31-07-2014, 20:01   
Avropa Məhkəməsi Rusiyanı “YUKOS”a görə 1,9 milyard avro cərimələdiAvropa İnsan Haqları Məhkəməsi “YUKOS” neft şirkətinin keçmiş səhmdarlarının qaldırdığı iddia əsasında Rusiyanı 1,86 milyard avro məbləğində cərimələyib.
Virtualaz.org saytı xəbər verir ki, qərar barədə məhkəmə bu gün məlumat yayıb.
İddiaya baxılması 2011-ci ildən davam edirdi. Qərara görə cavabdeh tərəf 1,86 milyard avro kompensasiyadan əlavə məhkəmə xərcləri üçün 300 min avro ödəməlidir.
“YUKOS” səhmdarları qaldırdıqları iddiada Rusiyadan 98 milyard avro tələb edirdilər. Bu baxımdan məhkəmənin kəsdiyi cərimə “simvolik” hesab olunur.
Xəbər verildiyi kimi, bundan əvvəl Haaqa Arbitraj Məhkəməsi keçmiş “YUKOS” səhmdarlarının iddiası əsasında Rusiyanın 50 milyard avro təzminat ödəməsi barədə qərar çıxarıb. Bu qərarın səs-küyü səngiməmiş Avropa İnsan Haqları Məhkəməsi Mixail Xodorkovskiyə məxsus olmuş və səhmləri Rusiya dövlətinin nəzarətinə keçmiş “YUKOS” şirkətinin keçmiş səhmdarlarının iddiası əsasında daha 1,9 milyard avro təzminat qərarı verib.
Rusiyanın Ədliyyə Nazirliyi bildirib ki, Avropa Məhkəməsinin qərarını başa düşmürlər. Nazirlik qərarın ədalətli olmadığını və Rusiya qanunvericiliyinin nəzərə alınmadığını bildirib.
“Başa düşmürük ki, məhkəmə bu fırıldaqçıların iddiasını niyə təmin edib” - deyə nazirlik bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar