İsrail 11 nəfərlik ailəni necə məhv etdi

31-07-2014, 20:51   
İsrail 11 nəfərlik ailəni necə məhv etdiWashington postdan möhtəşəm yazı
“The Washington Post” dünyanı sarsıda biləcək faciəni gözlər önünə sərdi. İsrail ordusu bir raket zərbəsi ilə Qəzza zolağında yaşayan 11 nəfərdən ibarət bütöv bir ailəni yer üzündən silib.
Qəzet yazır ki, Balata ailəsi də İsraili sevmirdi, ancaq onlar Hamasdan da uzaqda durmağa üstünlük verirdi. İsrailin Gəzzaya hücumu başlayandan bu böyük ailə raket zərbələrindən yayınmaq haqqında çox düşündü. İsrail ilə Hamasın ambisiyaları arasında qalan ailə sonda faciəli aqibətdən qurtula bilmədi.
Raketin dağıtdığı tikilinin altından insanlar 1 kişinin, 8 qadının, bir oğlan uşağnın cənazəsini və ölüm ayağında olan bir südəmər körpəni çıxarıblar . Cənazələr müsəlman adətinə uyğun ağ kəfənə tutulub.
Məqalə müəllifi yazır ki, Gəzzada ailə üzvülərinin hamısının bir yerdə olması yanlış hesab olunur. Yerli insanlar düşünürlər ki, bir ailənin heç olmasa bir hissəsi öləndə, digər hissəsi onların dəfnini təşkil etmək imkanında olmalıdır. Həm də ailənin bir hissəsi öləndə digər hissəsi nəslin davam etməsini təmin etməlidir...
Ancaq rəsmilər bildirirlər ki, ailə üzvülərinin bir yerdə olmasını arzu edənlər də çoxdur. Onların düşüncəsinə görə, ailə ya bir yerdə yaşamalıdır, ya da bir yerdə dünyadan köçməlidir...
BMT-nin Gəzzada olan təmsilçisi Adnan Abu Hasna deyib ki, 200 min fələstinli 85 məktəbdə yerləşdirilib. Onlardan çoxu ailə başçısını itirib: “Təhlükədən qorunmaq üçün ailənin bir yerə toplaşması ruhi məsələdir. Burada ərəb düşüncəsinin də təsiri var. Onlar düşünürlər ki, əgər biz ölürüksə, ailə kimi bir yerdə ölək. Belə daha yaxşıdır...”
Balata ailəsi də bir yerdə ölməyi seçim edən ailələrdən biridir...
İxtisasca elektrik olan 45 yaşlı Naim Balata 3 gün öncə xanımı, 6 qızı, bir oğlu ilə böyük qardaşının evinə gəlib. 20 yaşına yenicə girmiş Alah da onlarla olub. İsrail ordusu onlara xəbərdarlıq edib ki, ərazidə Həmasla bağlı hərbi əməliyyatlar keçirilir, onlar ərazini tərk etməlidir.
Şahidlər bildirirlər ki, Balata ailəsinin qaldığı evin damının beton örtüyü olmayıb. Nəticədə raketin dağıdıcı güçü maneəsiz halda sığınacağı darmadağın edib.
Naimin qardaşı Əbdül Kərim deyib ki, raket partladıqdan sonra qardaşımın ailəsinə yardım etmək üçün özümü içəri atdım:”Yəhyanın sifətinin yarısı yox idi. Onun yanında isə onun 14 aylıq adaşı can verirdi. Qolunun biri qopmaq üzrə olan körpə qan içində idi. Mən butün bunları görəndə özümdən getdim. Bir də xəstəxanada gözümü açdım...”
Sürücü kimi Fələstin mediasında çalışan Əbdül Kərimin ailəsi qardaşının digər ailə üzvülərinin də cəsədlərini dağıntıların altından çıxarda biliblər...
Axşam düşəndə Balata ailəsinin üzvüləri bir addımlıqdakı qəbiristanlıqda torpağa tapşırılıb. Bir gün sonra isə 14 aylıq körpə də xəstəxanada keçinib. Onu da ailə üçvüləri ilə bir yerdə dəfn ediblər...
Qəzet yazır ki, xöşbəxtlikdən ailənin bir üzvü Alah sağ qalıb. Və o, atasının adını daşıyacaq tək kişidir. Alah məqalə müəllifinə Yəhyanın cib telefonuna çəkdiyi son fotosunu nümayiş etdirib: “ Bu foto çəkiləndə o, o qədər xoşbəxt idi ki. İmtahanlardan əla qiymət almışdı. Böyük arzuları vardı...”
Əbdül Kərim faciə ilə bağlı qəzetə məlumat verərkən deyib ki, o, hər iki tərəfdə öldürülən insanlara görə acıyır, zoraklığı rədd edir: “Israilin uşaqları onlar üçün əzizdir, biz də öz uşaqlarımızı çox sevirik...”
Ölənlər arasında Əbdül Kərimin qızı da var. Ata deyib: “Onlar mənim ailəmi məhv etdilər. Qızımın ən böyük arzusu həkim olmaq idi. BMT-də çalışmaq istəyirdi...”
Elbəyi Həsənli
P.S: Qeyd edək ki, məqalədə fələstinlilərin faciəsi son dərəcə təsirli şəkildə öz əksini tapsa da, müəllif İsrailin müdafiəsi üçün də müəyyən manevrlər edib. Təbii qarşılanmalıdır. İsrail mövzusu ABŞ mediasında senzuraların həssas nəzərləri altındadır. Bəli, kimsə təəccüb etməsin. ABŞ mediası özü bu faktı ara-sıra etiraf edir...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar