3 min dollarıq hədiyyə istefaya apardı

17-04-2014, 08:12   

Avstriyanın baş naziri Barry Ofarrell ona hədiyyə edilən 3 min dollar dəyərindəki şəraba görə istefa etməyə məcbur olub. Məlumatlara görə, Liberal Partiyasının liderinə Avstriyada fəaliyyət göstərən Vater Holdinqin sahibi Nik di Girolama dəyərli bir şərab hədiyyə edib. 2011-ci ildə baş vermiş hadisənin üstü indi açıldığı üçün mediada Oferrel haqqında tənqidi fikirlər səslənməyə başlayıb.
İddialara görə, həmin zamanlarda baş nazir şirkət sahibi ilə telefonla danışıb və sonra da təşəkkür məktubu yazıb. Lakin Oferreel telefon danışdığını xatırlamadığını deyib. Məktub yazdığını isə etiraf edib. Partiya liderinin sözlərinə görə, o məsuliyyətli bir insan olaraq etdiyi hərəkətin nəticələrini qəbul etməyə hazırdır. Məhz bu səbəbdən də istefa ərizəsi yazıb. Baş nazir onu da qeyd edib ki, şirkət sahibinin ona hədiyyə etdiyi şərab 24 may 1959-cu ildə, yəni onun ad günüdə istehsal edildiyi üçün qəbul edib. Baş nazirlik postundan istefa edən Ofereelin partiyadan çıxarılıb-çıxarılmayacağı haqda mübahisələr davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar